Sumqayıtda kafe yanıb

Sumqayıtda kafe yanıb
  21 Avqust 2018    Oxunub:1809
Sumqayıt şəhərində kafedə yanğın baş verib.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, Sumqayıt şəhərində ümumi sahəsi 120 m² olan kafe kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin mətbəxinin tavanı 5 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti