Ərdoğanı terrorist elan etdilər

Ərdoğanı terrorist elan etdilər
  06 Mart 2013    Oxunub:1501
ABŞ-dakı İsrail lobbisi Türkiyənin baş naziri Rəcəp Tayyib Ərdoğanı terrorist elan edib.
AzVision.az-ın məlumatına görə, ABŞ-da AFDİ - American Freedom Defense İnitiative təşkilatı açıqlamasında bildirib ki, bu ilki afişalarında Ərdoğanın şəkillərindən istifadə edəcəklər.
Beləliklə, təşkilat ABŞ küçələrində hərəkət edən avtobuslara Türkiyənin baş nazirinin şəkilləri yapışdırəb.
Ərdoğanla yanaşı, bəzi fələstinli müqavimətçilərin, Əl Qaidə lideri Üsamə bin Ladinin, ABŞ-dahərbi hissədə 13 nəfəri öldürməkdə günahlandırılan Nidal Malik Həsənin şəkilləri də afişalarda var.

Ərdoğanın şəklində Siirt mitinqində söylədiyi ”Məscidlər ərazi, Minarələr süngü, Qübbələr dəbilqə, Möminlər əsgərimizdir” ifadəsi yazılıb. Daha sonra isə “Onun cihadı budur, bəs sizinki” cümləsi yer alıb.



Teqlər:  





Xəbər lenti