Müxalifət liderləri istefa verməlidir- TƏLƏB

  21 Oktyabr 2013    Oxunub : 608
Müxalifət liderləri istefa verməlidir- TƏLƏB
Məğlubiyyət müxalifətdə nəyi dəyişəcək? İstefalar olacaqmı?

Dünya praktikasında belədir: əgər müxalifət seçkilərdə arıdıcıl olaraq iqtidara məğlub olursa liderlər avtomatik olaraq istefaya gedir. Bu addımı daha çox özünə, siyasi imicinə hörmət edən liderləri atır. Həris, kreslo düşkünü liderlər isə nəinki istefa vermək barədə düşünür, hətta ömürlərinin son günləri belə müxalifətdə keçirməyə can atırlar.

Azərbaycanda isə vəziyyət tam fərqlidir. 20 ildir hakimiyyət qarşısında tab gətiə bilməyən radikal müxalifətdə sivil istefa mədəniyyəti demək olar ki yox səviyyəsindədir.

20 ildir eyni müxalifət, eyni liderlər və eyni taktika... Dəyişən bir tək zamandır.

Hakimiyyətə gəlmək üçün dəridən qabıqdan çıxan müxalifət liderlərinin son şansı 9 oktyabrda dəfn edildi. Milli Şura çətiri aldında toplaşan Əli Kərimli, İsa Qəmbər, Rəsul Quliyev, Lalə Şövkət və digərləri seçkidən yenə üzüqara çıxmağa məhkum oldular. Müxalifətin son arzusu da ürəyində qaldı.

Səbəb çox sadə idi, xalq prezident İlham Əliyevin hakimiyyətini dəstəkləyərək 93-cü il hadisələrinə qayıtmaq istəmirdi. Xalq seçimini etdi və öz prezidentini seçdi.

Azərbaycan xalqının ədalətli seçimi müxalifətə yerini göstərdi. Nəticələr müxalif liderləri siyasi mübarizədən kənarda qoydu. Hansı ki onlar 20 il idi bu mübarizədə yox idilər. Hansı ki, 20 ildir uduza-uduza bu vaxta kimi gəlmişdilər. İnsanların onlara səs verəcəyinə adi bir səbəb belə yox idi. Böyükdən-kiçiyə hamı onları yaxşı tanıyırdı...

Yaxın 90-larda baş verən hadisələrin fonunda onların hakimiyyətə gəlmək istəyi belə utanc veriricidir. Hadisələrin gedişi deməyə əsas verir ki, xalq sizi sevmirsə, zorla bazar olmazki?

Məğlubiyyət müxalifətdə nəyi dəyişəcək? İstefalar olacaqmı?

Politoloq Elxan Şahinoğlu müxalifətin sonrakı aqibətini AzVision.az-a şərh edərək liderlərin istefa verməli olduğunu bildirib. Politoloqun fikrincə, klassik müxalifət istefaya gedərək yerini gənclərə verməlidir:


“Müxalifər 20 ildir uğur qazana bilmir. Əgər 20 ildir uğusuzluq varsa müxalifətdə dəyişiklik olmalıdır. Liderlərin artıq gənclərə yer verməsinin zamanıdır. Amma hadisələr göstərir ki, liderləri nəinki istefa vermək barədə düşünür, hətta yerlərini kiməsə verməyi belə düşünmürlər.

Müsavat başqanı İsa Qəmbər partiyanın növbəti qurultayında namizədliyini irəli sürməyəcəyini bildirmişdi”-deyə E.Şahinoğlu vurğulayıb.

Milli Şurada ilk istefa xəbəri Rəsul Quliyevdən gəldi. Müxalifətin məğlubiyyətini həzm edə bilməyən R.Quliyev partiyasından və Milli Şuradan istefa verdi.

Milli Şuranın məğlubiyyətində ən böyük pay sahibi olan Əli Kərimli, İsa Qəmbər isə Rəsul Quliyev qədər cəsarətli olmadığını nümayiş etdirirlər. Onlar təkcə indi deyil, 20 ildir necə cəsarətsiz olduqlarını sübut ediblər. Istefa bir mədəniyyət nümunəsidir. Xalq səni seçmirsə deməli sevmir, sevmirsə sən oyundan çıxmalısan. Müxalifətin yaxın gələcəkdə belə bu mədəniyyətə yiyələnməyəci gün kimi aydındır.

Rüstəm İsmayılov

Teqlər: