Londonda terrorçuluqda ittiham olunan azərbaycanlı azad edilib

Londonda terrorçuluqda ittiham olunan azərbaycanlı azad edilib
  21 Oktyabr 2013    Oxunub:1034
28 yaşlı milliyətcə azərbaycanlı olan İngiltərə vətəndaşı bazar günü azad edilib.
İngiltərənin paytaxtı Londonda terror törətməkdə ittiham ilə saxlanılan azərbaycanlı sərbəst buraxılıb. 28 yaşlı həmyerlimiz bazar günü azad edilib. AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, London polisi həmçinin terrorçu qismində saxlanıan 29 yaşlı pakistanlı da sərbəst buraxıb.

Saxlanılan digər iki nəfər - 25 yaşlı türk və Əlcəzayir əsilli bir nəfər “Terror haqqında” qanuna uyğun olaraq təqsirli bilinib.

Qeyd edək ki, Londan polisi bir neçə gün öncə terror aktı hazırlamaqda şübhəli bilinən 4 Britaniya vətəndaşını saxlamışdı.

Fatimə Kərimli



Teqlər:  





Xəbər lenti