Metro tuneli çökdü

Metro tuneli çökdü
  06 Mart 2013    Oxunub:1650
Metro tunelinin çökməsi nəticəsində qatarların hərəkəti dayandırılıb
AzVision.az-ın məlumatına görə, Tehran metrosu 3 nömrəli xəttinin keçdiyi ərazidə, Mövləvi və Vəliəsr prospektlərinin kəsişməsində torpağın çökməsi nəticəsində tunelin üst qatı zədələnib. Buna görə də qatarların hərəkəti dayandırılıb.
Bildirilir ki, torpağın çökməsinə səbəb su sızması və yaxud qrunt sularının toplanması olub. Hazırda metro tunelində xilasedici və təmir-bərpa briqadaları çalışır.
Hadisə nəticəsində 3 nəfərin xəsarət aldığı bildirilir. Lakin, bu məlumat barədə rəsmi məlumat yayılmayıb.



Teqlər:  





Xəbər lenti