"Novruz narkotika qəbul etmirdi" - Xanəndənin qardaşı

"Novruz narkotika qəbul etmirdi" - Xanəndənin qardaşı
  07 Avqust 2018    Oxunub:3999
“Bizim nəsildə narkotikanın nə olduğunu bilmirlər. Novruz nəyin ki, narkotika, heç spirtli içki də qəbul etmirdi”. Bunu AzVision.az-a açıqlamasında Qarabağ kanalında meyiti aşkar edilən xanəndə Novruz Hüseynovun qardaşı Azər Hüseynov deyib.
Onun sözlərinə görə, Novruzun Miryusifi evdə qətlə yetirməsi yalan məlumatdır. Hazırda saxlanılan qardaşının isə hadisələrdən xəbəri olmayıb.

"Elçin 3 gündür ki, polis idarəsindədir. O, atamgil ilə bir yerdə yaşayır və onu bu işdən xəbəri ola bilər deyə saxlayıblar. Deyirlər ki, hadisə evimizdə baş verib, yalandır. Mümkün olmayan bir şeydir. Nə olubsa, evdən qıraqda olub. Bundan mənim qardaşım Elçinin xəbəri yoxdur. Elçin zəhmətkeş adamdır. Gündüz çöldə qoyunları otarıb, axşam da gəlib evdə yatıb. Onlarla birgə gəzib dolanmırdı ki, Novruzgilin çöldə kimlər ilə haqq-hesablarının olduğunu bilsin. Qardaşım onlar evə gələndə də, gedən də yatılı olub. Hadisəni sabah bilib.

Narkotik qəbul etdikləri də yalandır. Novruzun yerinə and içərəm. Son vaxtlar spirtli içki də içmirdi. Gözümün şahidiyəm. Pivə nədir, onu da içmədi. Bizim nəslimizdə, kökümüzdə narkotikanın nə olduğunu heç bilmirlər. Miryusfgil seyiddir. Polislər də bizə narkotika ilə bağlı heç nə deməyiblər”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: NovruzHüseynov  





Xəbər lenti