Usama ben Ladenin oğlu terrorçunun qızı ilə evləndi

Usama ben Ladenin oğlu terrorçunun qızı ilə evləndi
  06 Avqust 2018    Oxunub:2796
Terrorçu Usama ben Ladenin oğlu Həmzə ben Laden ABŞ-da 2001-ci il 11 sentyabr terrorunu həyata keçirən Məhəmməd Attının qızı ilə evlənib.
AzVision.az xəbər verir ki, cütlüyün nikahı haqqında məlumatı "The Guardian" nəşri Usama ben Ladenin ögey qardaşları Əhməd və Həsən Əl-Attaşa əsasən yayıblar.

Onlar həmçinin bildiriblər ki, Həmzə “Əl Qaidə” təşkilatında lider mövqe tutub və atasının qisasını almaq niyyətindədir.

Qeyd edək ki, Həmzə ben-Laden Usama-ben Ladenin 3 həyat yoldaşından birinin oğludur.

Xatırladaq ki, Usama ben Laden 2011-ci ildə Pakistanda Amerika hərbçiləri tərəfindən öldürülüb.

Şahanə Rəhimli

AzVision.az



Teqlər: Terror   Əl-Qaidə  





Xəbər lenti