Xəyyam Mirzəzadə dəfn olunub

Xəyyam Mirzəzadə dəfn olunub
  31 İyul 2018    Oxunub:5622
Bu gün Aərbaycanın xalq artisti, "Şöhrət" və "Şərəf" ordenli bəstəkar Xəyyam Mirzəzadə ilə vida mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, Bakı Musiqi Akademiyasında keçirilən vida mərasimində mərhumun ailə üzvləri, mədəniyyət naziri Əbülfəs Qarayev, mədəniyyət və incəsənət xadimləri iştirak edib. Vida mərasimində sonra mərhum II Fəxri xiyabanda torpağa tapşırılıb.

Qeyd edək ki, X.Mirzəzadə uzun sürən xəstəlikdən sonra ötən gün vəfat edib. O, 1935-ci il oktyabrın 5-də Bakıda anadan olub. 1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Həmin ildən orada çalışıb. Onun əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa və s. ölkələrdə ifa olunur. 30-dan artıq kinofilmə və 15 dram tamaşasına, estrada və caz pyeslərinə, populyar mahnılara musiqi bəstələyib.

AzVision.az


Teqlər: Bəstəkar   Xəyyam-Mirzəzadə  





Xəbər lenti