Türkiyə ilə hərbi əməkdaşlıq müzakirə edilib

Türkiyə ilə hərbi əməkdaşlıq müzakirə edilib
  30 İyul 2018    Oxunub:2973
İyulun 30-da Azərbaycan Hərbi Dəniz Qüvvələrinin qərargahında Türkiyə Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti ilə görüş keçirilib.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında hər sahədə olduğu kimi hərbi əməkdaşlığın uğurlu nəticələri və inkişaf perspektivləri müzakirə olunub. Hərbi əlaqələrin hər iki ölkənin maraqlarına cavab verdiyi bildirilərək, bu istiqamətdə səylərin daha da artırılmasının vacibliyi vurğulanıb.



Türkiyə HDQ-nin komandanının MTT üzrə müavini vitse-admiral Fikret Esin “Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsində iştirakından son dərəcə məmnunluğunu ifadə edib. Yarışlarda ölkəmizin hərbi dənizçilərinə uğurlar arzulayıb. Ölkəmizə səfərdən məmnunluğunu bildirən qonaq Azərbaycan-Türkiyə münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin, qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğulayıb.

AzVision.az


Teqlər: MN   Türkiyə  





Xəbər lenti