Azərbaycan və Rusiya XİN arasında məsləhətləşmələr keçirilib

Azərbaycan və Rusiya XİN arasında məsləhətləşmələr keçirilib
  27 İyul 2018    Oxunub:4508
Azərbaycan Respublikası və Rusiya Federasiyası Xarici İşlər Nazirlikləri arasında fəaliyyət proqramına uyğun olaraq Bakıda xarici siyasətin informasiya təminatı mövzusunda məsləhətləşmələr keçirilib.
XİN-dən AzVision.az-a verilən xəbərə görə, məsləhətləşmələrə Azərbaycan tərəfindən XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev və Rusiya tərəfindən XİN-in İnformasiya və mətbuat departamentinin direktoru Mariya Zaxarova rəhbərlik edib.

Görüşdə Azərbaycan və Rusiya arasında əlaqələrin strateji tərəfdaşlıq müstəvisində inkişafından məmnunluq ifadə olunub. Məsləhətləşmələr çərçivəsində kütləvi informasiya vasitələri və sosial şəbəkələrlə iş, rəqəmsal diplomatiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub və qarşılıqlı maraq doğuran sahələrdə təcrübə mübadiləsi aparılıb. Bu formatda məsləhətləşmələrin davam etdirilməsinin vacibliyi vurğulanıb.

AzVision.az


Teqlər: Rusiya   Azərbaycan   XİN  





Xəbər lenti