“Tatu və pirsinq hepatitə səbəb olur” - Həqiqət Qədirova

“Tatu və pirsinq hepatitə səbəb olur” - Həqiqət Qədirova
  27 İyul 2018    Oxunub:6926
"Son illər tatu və pirsinqdən istifadə edənlərin sayı artıb. Bu da B viruslu hepatitlərin sayının artmasına öz təsirini göstərir".

AzVision.az xəbər verir ki, bunu Elmi-tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru, B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiyanın sədr müavini Həqiqət Qədirova deyib.
Onun sözlərinə görə, viruslu hepatitlərin insan orqanizmində yoluxması baş verdikdən sonra ağır fəsadların olması qaçılmazdır.

H.Qədirova, həmçinin qeyd edib ki, hepatit A xronika hala çox nadir hallarda keçir: "Bu da adətən uşaqlar arasında qeydə alınır. B viruslu hepatit 10 faiz halda xronika hala keçir. Hepatit C isə 50 faizdən çox halda xroniki olur. Buna insanlar hətta "mülayim qatil" deyirlər. Çünki uzun müddət ərzində özünü büruzə vermir. Sonra da bu virusdan əziyyət çəkən 5-15 faiz xəstə insanlarda xərçəngə səbəb olur".

Sədr müavini vurğulayıb ki, B viruslu hepatitlər insan orqanizmində qaraciyərə daxil olursa, artıq bu ömürlük baş verir.

"Bu gün tibb elmində tam müalicə üsulları yoxdur. Ona görə də xəstəliyin qarşısı mütləq vaxtında alınmalıdır. A viruslu hepatit adətən natəmiz şəraitdən keçir. İlk olaraq sanitar gigiyenik normalara düzgün riayət etmək lazımdır. B,C, D viruslarının qarşısını almaq üçün qan verən zaman sağlamlığı yoxlanılmalı, tibbi avadanlıqların sterilizə olunmasına ciddi fikir verilməlidir. Digər tərəfindən cinsi yolla fərdi yanaşmanı nəzarətdə saxlamaq mütləqdir",- deyə Həqiqət Qədirova qeyd edib.

Aytən Zəhra
AzVision.az


Teqlər: Həqiqət-Qədirova   Hepatit  





Xəbər lenti