ATƏT cəbhə xəttində monitorinq keçirəcək

ATƏT cəbhə xəttində monitorinq keçirəcək
  18 Oktyabr 2013    Oxunub:954
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 19-da Azərbaycan Respublikasının Qazax rayonunun Aşağı Əskipara kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
AzVision.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov, Jiri Aberle və Piter Svidberq, təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, səhra köməkçiləri Xristo Xristov və Uilyam Prayor keçirəcəklər.

AzVision.az


Teqlər:





Xəbər lenti