Türkiyə ilə aviareyslərin sayı 3 dəfə artırılıb

Türkiyə ilə aviareyslərin sayı 3 dəfə artırılıb
  25 İyul 2018    Oxunub:3022
Türkiyə ilə şəhərlərarası sərnişin aviareyslərinin sayı 3 dəfə artırılıb
Bakıda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN)yanında Dövlət Mülki Aviasiya Agentliyi ilə Türkiyənin Mülki Aviasiya Baş Direktorluğunun nümayəndə heyətləri arasında görüş keçirilib.

NRYTN-dan AzVision.az-a verilən məlumata görə, görüşdə hər iki ölkənin aviaşirkətlərinin nümayəndələri də iştirak edib. Görüş zamanı iki qardaş ölkə arasında hava əlaqəsinin liberallaşdırılması məsələsi müzakirə edilib.

Aparılmış danışıqlar nəticəsində tərəflərin ərazisindəki şəhərlərarası sərnişin reyslərinin sayı təxminən 3 dəfə (həftədə 45 reysdən 127 reysədək) artırılıb. Uçuş hüququ Azərbaycan və Türkiyənin bütün aviaşirkətlərinə şamil ediləcək.

Bundan əlavə, tərəflər “Hava əlaqəsi haqqında” yeni Saziş layihəsinin müzakirəsinə başlamaq barədə razılığa gəliblər.

Həmin Saziş imzalandıqdan sonra qüvvədə olan 1992-ci il 2 may tarixli “Hava Nəqliyyatı haqqında Hökumətlərarası Saziş”i əvəz etməlidir.

AzVision.az


Teqlər: Nazirlik   Sərnişin  





Xəbər lenti