Tankçılarımızın rəqibləri məlum oldu

Tankçılarımızın rəqibləri məlum oldu
  24 İyul 2018    Oxunub:1622
Rusiyanın Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları - 2018” yarışlarının “Tank biatlonu” müsabiqəsində iştirak edəcək komandaların püşkatma mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, püşkatmada komandaların rəhbərləri, məşqçilər və tank heyətlərinin üzvləri iştirak ediblər.



Püşkatmanın nəticələrinə əsasən, Azərbaycan tankçıları iyulun 28-da yarışların ilk günündə çıxış edəcəklər. Komandamız Zimbabve, Hindistan və Cənubi Afrika Respublikasından olan tank heyətləri ilə yarışacaq. Müsabiqədə bu il 23 ölkədən tank heyətləri iştirak edir.

AzVision.az


Teqlər: MN   Tank  





Xəbər lenti