"Hərbiyyə"də aprel döyüşlərindən danışıldı - FOTOLAR

"Hərbiyyə"də aprel döyüşlərindən danışıldı - FOTOLAR
  23 İyul 2018    Oxunub:4975
“ASAN xidmət”, “ASAN Könüllüləri” Təşkilatı və Dövlət Sərhəd Xidmətinin birgə təşkilatçılığı ilə Azərbaycan Sİlahlı Qüvvələrinin 100-cü ildönümünə həsr olunmuş “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsinin iştirakçıları üçün keçirilən təlimlər davam edir.
AzVision.az xəbər verir ki, təlimin ikinci günündə "ASAN xidmət"də işləyən Qarabağ qaziləri düşərgə iştirakçılarına xüsusi kəşfiyyat dəstələrinin "meşə zolağında həyatda qalabilmə hazırlıq təlimi"ni keçiblər. Daha sonra "Hərbiyyə" iştirakçılarına müxtəlif silahlar haqqında məlumat verilib, silahın sökülüb-yığılmasına dair dərslər keçirilib.

Günün sonunda düşərgə iştirakçıları Aprel döyüşləri haqqında məlumatlandırılıb. Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) qaziləri onlara keçdikləri döyüş yolunda danışıblar.















Anar Kəlbiyev
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər: ASANXidmət   ASANKönüllüləri   Hərbiyyə  





Xəbər lenti