Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən
AzVision.az-a verilən məlumata görə, 1, 3 və 5 saylı Bakı “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərəcək əcnəbi könüllülər “ASAN xidmət” mərkəzləri və “ASAN radio” ilə yaxından tanış olublar. Onlara “ASAN xidmət"in fəaliyyəti, prinsipləri və ASAN Könüllüləri hərəkatı haqqında geniş təqdimatlar edilib.
Əcnəbilərin könüllülük fəaliyyəti ASAN Könüllülük Məktəbinin “Yaşıl ASAN” təşəbbüsü və AISEC-in Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə ekoloji istiqamətdə “Create your eden” layihəsi çərçivəsində keçirilir.
AzVision.az