Nazir Qazaxda vətəndaşlarla görüşüb
Qazax sakinlərinin müraciətləri Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən kitabxananın fondunun zənginləşdirilməsi, Avey Dövlət Tarix-Mədəniyyət Qoruğunun abadlaşdırılması, Uşaq musiqi məktəbində nağara şöbəsinin açılması, Qazax Dövlət Rəsm Qalereyasında görkəmli rəssamların əsərlərindən ibarət sərgilərin təşkili barədə olub.
Tovuzdan qəbula yazılan vətəndaşlar tərəfindən rayon Dövlət Rəsm Qalereyasındakı bir neçə əsərin bərpası, Uşaq musiqi məktəbinin binasının nazirliyin balansına verilməsi, Xalq teatrının repertuarının zənginləşdirilməsinə köməklik göstərilməsi barədə müraciətlər ediblər. Şəmkir sakinləri Moskva Dövlət Rəssamlıq və Sənaye Akademiyasında bədii şüşə ixtisası üzrə magistr təhsilinin davam etdirilməsinə köməklik göstərilməsi, Orta əsrlər Şəmkir qalasında arxeoloji işlərin davam etdirilməsi, qalaya qoruq statusunun verilməsi və digər məsələlərlə bağlı xahişlərini bildiriblər.
Göygöl sakinləri şəhər Uşaq musiqi məktəbinin incəsənət məktəbinə çevrilməsi, fəxri adın verilməsinə köməklik göstərilməsi barədə müraciət edblər. Gədəbəy rayonunda Simenslər muzeyinin yaradılması, Daşkəsən rayonu ərazisindəki kurqanlarda aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən tapıntıların yerli Tarix-diyarşünaslıq muzeyinin fonduna verilməsi barədə xahişlər də sakinlər tərəfindən diqqətə çatdırılıb. Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.
AzVision.az
Teqlər: Nazir