Deputat: “Biz cinayətkarı Ramil Usubovun otağına aparardıqmı?”

Deputat: “Biz cinayətkarı Ramil Usubovun otağına aparardıqmı?”
  17 Oktyabr 2013    Oxunub:869
“Cinayətkar da olsa həmyerlimiz insandır və azadlıqdan məhrum edilə bilər, amma o ictimaiyyətin gözü qarşısında vəhşicəsinə döyülə bilməz”
“İndiyə qədər Rusiyada belə hadisələr olmayıbmı? Və ya hər hansısa bir rus azərbaycanlını Rusiyada öldürməyibmi? Belə hadisələr olub. Amma bu ona əsas vermir ki, orada bir şou yaratsınlar”.

Bunu AzVision.az-a açıqlamasında Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvi Yevda Abramova Rusiyada yaşanan hadisələri şərh edərkən deyib.

Deputatın sözlərinə görə, situasiyanın arxasında gizli qüvvələr var ki, münasibətlərin bu yolla gərginləşməsini istəyirlər: “Yeqor Şerbakovun ölümündən 3 gün keçəndən sonra “skinhead”ləri, faşistləri, millətçiləri Rusiya küçələrinə çıxartdılar. Halbuki, həmin hadisə baş verən günü heç belə reaksiya vermədilər. Hadisə hələ bitməyib üstəlik meyvə-tərəvəz bazasını da bağladılar. Sanki bütün bunların hamısı ssenaridir. Kimlərinsə marağındadır ki, ya Azərbayacan–Rus münasibətlərini korlasın, ya da hazırki fürsətdən istifadə edərək sözügedən bazanın ərazisini satın alsın. Artıq Sergey Sobiyanin öz fikrini deyib, 90 gündən sonra baza tamamilə bağlanacaq. Bazarın yerində isə başqa bir obyekt tikiləcək. İndi bu kimlərin marağına xidmət edir, həmin adamların Dumada yoxsa Kremldə əyləşdiyini dəqiq deyə bilmərəm. Bunun üçün gərək araşdırmalar aparılsın. Məsələ ilə bağlı çoxlu fərziyələr ola bilər. Sadəcə olaraq Orxan Zeynalov bu hadisələri bir az sürətləndirdi”-deyə, Y.Abramov qeyd edib.

Millət vəkili Azərbaycanın seçkini müvəfəqqiyətlə başa vurduğunu bildirərək qeyd edib ki, artıq Rusiyada olan millətçilər və Azərbaycanı istəməyən qüvvələr 5 il Azərbaycanın etibarlı insanın əlində olacağını bilirlər: “Ölkəmiz yenə də Qafqazada, dünyada nüfuzunu qoruyub saxalayacaq. Bəs Qusarda niyə hadisə baş verdi. Ona görə ki, belə hadisələr gözləniləndir. Amma biz də onlar kimi şou yarada bilmərik. Bir insan bir hadisə törədibsə ondan dünya müharibəsi düzəltmək lazım deyil. Orxanın rusiyalını necə öldürdüyünü məhkəmə araşdıracaq. Bəlkə onun hərəkəti elə özünü müdafiədir. Mən onu müdafiə edə bilmərəm. Hər halda burada 25 yaşlı bir gənc ölüb. Sadəcə olaraq, Orxan Zeynalovun tutulması, daxili işlər nazirinin otağına gətirilməsi prosesi mən də çox böyük təccüb yaradır. Məişət zəminində cinayət törətmiş şəxsi nazirin otağına gətirmək siyasi şoudur. Bu dövlətin, nazirliyin xalq qarşısında itirilmiş nüfuzunun media vasitəsi ilə artırılması deməkdir. Mən anlamıram ki, Rusiya niyə belə bir səhv addım atır. Cinayətkar da olsa həmyerlimiz insandır və azadlıqdan məhrum edilə bilər, amma o ictimaiyyətin gözü qarşısında vəhşicəsinə döyülə bilməz. Anoloji hadisə Azərbaycanda olsaydı biz də belə edərdikmi? Bütün medianın gözü qarşısında döyüb, Ramil Usubovun otağına aparadıqmı? Heç vaxt, bu çox ucuz şoudur”.

Şahanə Rəhimli


Teqlər:  





Xəbər lenti