“Gəncədə şəhid olan polkovniklə yaxın dost idik” - Füzuli Musayev

“Gəncədə şəhid olan polkovniklə yaxın dost idik” - Füzuli Musayev
  11 İyul 2018    Oxunub:11890
"Gəncədə baş verən hadisəni pisləyirəm. Şəhid olan Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyevlə çox yaxın dost idik. Bir yerdə polis orqanlarında çalışmışıq. Çox əziyyətlə böyümüş, zəhmətkeş bir insan idi. Həmçinin millətini, vətənini sevən olub".
Bu sözləri AzVision.az-a Karate üzrə dünya çempionu, Fövqəladə Hallar Nazirliyinin idman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev deyib.

O, bildirib ki, gəncəlilər hər zaman vətənini sevib və bundan sonra da belə olacaq: "Bunlar kimlərsə tərəfindən dövlətimizə qarşı düşünülmüş, hazırlanmış xainlikdir. Heç bir zaman gəncəlilər radikal insanları dəstəkləməz. Nəinki polis və dövlət orqanları, bütün gəncəlilər bunun qarşısını almalıdır. Hər birimiz bu cür hadisəni pisləyirik. Düşünürəm ki, bundan sonra Gəncədə belə hadisə olmaz".

Anar Kəlbiyev
AzVision.az



Teqlər: Gəncə   İdmançı   Füzuli-Musayev  





Xəbər lenti