"Qaçqınkom"da köçkünlərin qəbulu keçirilib

"Qaçqınkom"da köçkünlərin qəbulu keçirilib
  10 İyul 2018    Oxunub:3194
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ("Qaçqınkom") məcburi köçkünlərin növbəti qəbulu keçirilib.
Dövlət Komitəsindən AzVision.az-a verilən məlumata görə, qəbulda Dövlət Komitəsinin sədri, sədr müavinləri, şöbə və departament müdirləri, ərazisi işğal olunmuş rayonların icra hakimiyyəti başçılarının müavinləri iştirak ediblər.

Məcburi köçkünlərin müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər və digər sosial problemlərlə bağlı olub.

Qəbula gələnlərin hər birinin müraciəti dinlənilib və müvafiq tədbirlər görülməsi üçün tapşırıqlar verilib.

AzVision.az


Teqlər: Qaçqınkom  





Xəbər lenti