"Dini radikalizm yalnız islama aid deyil" - Komitə sədri

"Dini radikalizm yalnız islama aid deyil" - Komitə sədri
  10 İyul 2018    Oxunub:2286
"Dini radikalizm, dini ekstremizm yalnız islam dininə aid deyil, başqa dinlərdə də bunlar var. Dini ekstremizmə qarşı mübarizə ümumbəşəri xarakter daşıyır"
AzVision.az xəbər verir ki, bunu “Dini radikalizmlə mübarizədə birgə fəaliyyətin təşkili və əhəmiyyəti” mövzusunda keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, bütün dinlərdə sülhə çağırış var və din terrora çağırş edə bilməz: "Dünyada müxtəlif səbəblərdən insanlar dünyasını dəyişir. Hər il dünyada ən azı 30-35 min insan terrordan ölür. Nadir ölkələr var ki, terroru himayə edirlər. Dövlət səviyyəsində də terroru müdafiə edən ölkələr var. İndiki dövrdə terroru müdafiə edən ölkələr təcrid olunurlar".

Komitə sədri qeyd edib ki, dini radikalizm və ekstremizmin davamı mütləq terrora gətirib çıxarır və bu terror ümumilikdə hər bir ölkə və fərd üçün olduqca təhlükəlidir: "Dindən sui-istifadə edərək insanlara qarşı terror törətmək, ayrı-ayrı ölkələrdə qarşılıqlıq, müharibə yaratmaq böyük faciələrə gətirib çıxarır. Buna qarşı mübarizə lazımdır. Bu mübarizədə ən başlıca vasitə maarifləndirmək, dinlərin mahiyyətini insanlara olduğu kimi başa salmaqdır".

Aytən Zəhra
AzVision.az


Teqlər: Mübariz-Qurbanlı  





Xəbər lenti