Super Mursi - VİDEO

Super Mursi - VİDEO
  05 Mart 2013    Oxunub:1593
Misir Prezidenti Məhəmməd Mursidən “Super Mario” düzəldiblər.
Sosial şəbəkə istifadəçiləri Super Mario video oyununu əsasında qəhrəmanı Misir prezidenti Məhəmməd Mursi olan yeni video oyun hazırlayıblar. “Super Mursi” adlandırılan oyunda Məhəmmməd Mursi qarşısına çıxan rəqiblərini məhv edir. Super Mario oyunundakı göbələk və tısbağaları, yeni versiyada müxalifətçilər əvəz edir.
Məqsədinə çatmaq üçün Super Mursi “Milli qurtuluş Cəbhəsi”nin lideri Əmr Musa və Mursinin prezident seçkilərində əsas rəqibi Həmdin Sabahinin başını əzir.
Oyunun sonunda Super Mursi Misirin “Müsəlman Qardaşları”nın lideri Məhəmməd Badi ilə rastlaşır. Məhz ona toxunmaqla Misir lideri bonus əldə edir.
Oyun “Game Over”-in yerinə “Thawra Over”,yəni “İnqilabın sonu” sözləri ilə bitir.





Teqlər:  





Xəbər lenti