BMT-nin xüsusi elçisi Bakıya gəlir

BMT-nin xüsusi elçisi Bakıya gəlir
  16 Oktyabr 2013    Oxunub:994
BMT-nin baş katibinin gənclər üzrə xüsusi elçisi Bakıya rəsmi səfər edəcək.
Azvsison.az xəbər verir ki, oktyabrın 21-də Bakıda BMT Təhlükəsizlik Şurasının beynəlxalq simulasiya oyununa (Model United Nations Security Council) start veriləcək.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, oyununun açılış mərasimində iştirak etmək məqsədi ilə BMT-nin baş katibinin gənclər üzrə xüsusi elçisi Əhməd Əlhəndavinin 19 oktyabr tarixindən etibarən Azərbaycana rəsmi səfəri başlayır.

Simulasiya oyunu çərçivəsində BMT Təhlükəsizlik Şurasına üzv olan 15 ölkəni təmsil edəcək 45 gənc beynəlxalq siyasi mövzuları müzakirə edəcək, eyni zamanda Azərbaycan reallıqları ilə daha yaxından tanış olacaqlar.

Tədbirdən öncə elçinin Azərbaycanın bir sıra rəsmi şəxsləri ilə, eyni zamanda Azərbaycan Respublikası Gənclərinin Milli Şurası, "İrəli" gənclər təşkilatı və Azərbaycan Tələbə Gənclər Təşkilatları ilə görüşü nəzərdə tutulub.


Teqlər:  





Xəbər lenti