İlham Əliyev Astana haqqında sənədli filmə çəkilib - VİDEO

İlham Əliyev Astana haqqında sənədli filmə çəkilib - VİDEO
  06 İyul 2018    Oxunub:5314
Azərbaycan prezidenti İlham Əliyev Astana günü ilə bağlı "Böyük çölün paytaxtı" adlı sənədli filmə çəkilib.
AzVision.az "Report"-a istinadən xəbər verir ki, prezident İlham Əliyev müsahibəsində Qazaxıstanın paytaxtı Astana haqqında fikirlərini bölüşüb.

Ölkə başçısı bildirib ki, paytaxtın Almatı şəhərindən Astanaya köçürülməsi həmin zaman Qazaxıstan prezidentindən cəsarət, qətiyyətlilik və müdriklik tələb edirdi.

Filmdə Rusiya prezidenti Vladimir Putin, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov, Moldova prezidenti İqor Dodon, Özbəkistan prezidenti Şavkat Mirziyoyev və digərləri də iştirak ediblər.

Filmin tizeri Qazaxıstan Respublikası Prezidentinin Teleradio Kompleksinin "Instagram" səhifəsində paylaşılıb.



AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Film  





Xəbər lenti