Mingəçevir İES-də yenidən yanğın olub - (Yenilənib)

Mingəçevir İES-də yenidən yanğın olub - (Yenilənib)
  05 İyul 2018    Oxunub:20599
Bu gün saat 08:25-də Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhərində “Azərbaycan İES” MMC-nin ərazisində yanğın olması barədə məlumat daxil olub.

AzVision.az FHN-ə istinadən xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri saat 08:28-də hadisə yerinə çatıb.
Yanğın zamanı cərəyan transformatorlarından birinin açarı, sarğıları və ətrafa dağılmış 400 m² sahədə transformator yağı yanlb. Digər transformatorlar yanğından mühafizə olunub.

Yanğın saat 08:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.



***
(12:50)

Sosial şəbəkələrdə “Azərbaycan” İES-də yenidən yanğının başlaması barədə məlumatlar yayılıb.

AzVision.az məlumatı dəqiqləşdirmək üçün “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı ilə əlaqə saxlayıb.

Qurum rəsmisi bildirib ki, yayılan məlumatların heç bir əsası yoxdur: "Bu gün həmin ərazidə yanğın hadisəsi qeydə alınmayıb".

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Azərenerji   Mingəçevir  





Xəbər lenti