Bakının bəzi yerlərində hələ də su yoxdur

Bakının bəzi yerlərində hələ də su yoxdur
  05 İyul 2018    Oxunub:2362
"Bakının bir sıra əraziləri hələ də su ilə təmin olunmayıb. Hazırda həmin yerlərə su verilməsi üçün işlər aparılır"
Bu barədə AzVision.az-a açıqlamasında "Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı deyib.

Qurum rəsmisi bildirib ki, Suraxanı, Sabunçu, Zabrat, Xəzər, Zığ, Qum adası massivi, Bülbülə və Əmircan qəsəbələrinin bəzi yerlərinə ötən gecə su verilməyib.

“Lokal problemlərimiz var. Şəhərdə bəzi magistral xətlərdə təzyiq aşağıdır. Bu gün çalışacağıq ki, bunların hamısını həll edək. Badamdar qəsəbəsində də problemlər mövcuddur. Ora dünən gecə su verə bilmədik. Bu gün su verilişini təmin edəcəyik. Dünən gecə 20-ci sahə üzrə suyun verilməsi başlandı. Hazırda işlərimizi davam etdiririk. Tapşırıq verilib, təmizləmə işləri aparılacaq. Anbarlara maksimum su ehtiyatları toplayacağıq ki, insanları su ilə təmin edə bilək”, - deyə A.Cəbrayıllı vurğulayıb.

Aytən Zəhra
AzVision.az


Teqlər: Azərsu   Anar-Cəbrayıllı  





Xəbər lenti