Tıxac problemi Milli Məclisdə qaldırıldı

Tıxac problemi Milli Məclisdə qaldırıldı
  29 İyun 2018    Oxunub:2144
Milli Məclisin bu gün keçirilən iclasında Bakı-Sumqayıt yolunda təmir işlərinin aparılması müzakirə olunub.
AzVision.az-ın məlumatına görə, deputat Fəzail Ağamalı bildirib ki, hazırda təmir gedən hissədə yol 4 il öncə çəkilib:

“Deyirlər ki, orada çatlar var. Tam məsuliyyətimlə deyirəm ki, o yolda çat yox idi. Hər gün o yoldan istifadə edirəm. Orada təmir işlərinin getməsi insanları narahat edir”.

Milli Məclisin sədri Oqtay Əsədov isə deyib ki, ölkədə yüksək səviyyəli yollar çəkilir: “Mən Binəqədi rayonunun Sulutəpə qəsəbəsində yaşayıram. Bu əziyyətləri mən də çəkirəm. O yollar genişləndirilməlidir, bunun üçün də yol kənarındakı bəzi evlər sökülməlidir. Bütün bu məsələlər zamanla həll edilir”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   Tıxac  





Xəbər lenti