Düşmən Qarabağda taktiki təlimlər keçirib
Təlimin şərtlərinə görə, hücuma keçən qüvvələrə qarşı ön xətdə növbətçilik aparan taborlardan birinin şəxsi heyəti döyüşə atılıb. Əlavə qüvvələrin köməyi ilə rəqibin hədəflərinin məhv edilməsinə və əks-hücum əməliyyatlarına başlanılıb, cəbhə xətti yenidən bərpa edilib.
Təlimin məqsədi qarşıya qoyulan tapşırığın şəxsi heyət tərəfindən icra qabiliyyətini yoxlamaq olub.
Qeyd: Ehtimal olunur ki, təlimə cəlb edilən Xocavənd istiqamətində yerləşən düşmənin 35383 nömrəli hərbi hissəsidir. Hərbi hissə komandiri polkovnik Karen Qriqoryandır. (Ordu.az)
AzVision.az