Sumqayıt qatarına əlavə heyət qoşulub

Sumqayıt qatarına əlavə heyət qoşulub
  28 İyun 2018    Oxunub:955
Bakı-Sumqayıt avtomobil yolunda təmir işləri ilə əlaqədar yollarda uzun tıxac yarandığından, Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarının xidmətindən istifadə edən sərnişinlərin sayı artıb.
"Azərbaycan Dəmir Yolları" QSC-dən AzVision.az-a verilən xəbərə görə, sərnişin sıxlığının tənzimlənməsi məqsədilə, Bakı-Sumqayıt avtomobil yolunda təmir işləri başa çatana kimi, bu gündən (28 iyundan) etibarən Bakıdan 18.30-da, Sumqayıtdan saat 08.00-da yola düşən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarına əlavə heyət qoşularaq, birləşdirilmiş halda ikiqruplu qatar kimi hərəkət edir.

AzVision.az


Teqlər: Qatar  





Xəbər lenti