Azay Quliyev ATƏT PA –ya təşəkkür etdi

Azay Quliyev ATƏT PA –ya təşəkkür etdi
  14 Oktyabr 2013    Oxunub:942
Azay Quliyev həmkarlarına obyektiv mövqeyə və seçkilərə verdikləri ədalətli qiymətə görə təşəkkür edib.
Montenoqranın Budva şəhərində ATƏT PA-nın Büro iclasında Azərbaycanda keçirilən seçkilər müzakirə edilib. Toplantıda ATƏT PA-nın büro üzvü və Təhlükəsizlik və Siyasi məsələlər komitəsinin sədr müavini Azay Quliyev də iştirak edib. O, həmkarlarına obyektiv mövqeyə və seçkilərə verdikləri ədalətli qiymətə görə təşəkkür edib.

A.Quliyev Azərbaycanda seçkilərin demokratik və şəffaf keçirildiyini vurğulayıb və bildirib ki, 1400 beynəlxalq və 52 min yerli müşahidəçilərin iştirakı ilə keçən seçkilər bütün müşahidəçilər tərəfindən müsbət qiymətləndirilib.

Xüsusilə AŞPA və Avropa Parlamentinin seçkilərin azad, ədalətli və şəffaf şəkildə keçirildiyini ilə bağlı verdikləri bəyanat vuğulayan Azay Quliyev, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) rəyi qeyri-obyektiv olduğundan təəssüfləndiyini bildirib.

Quliyevin fikrincə qurumun rəyi reallığı tam olaraq əks etdirmədiyindən qəbul edilə bilməz.

DTİHB rəyinin bir çox hallarda şayiələrə və təsdiqlənməmiş məlumatlara əsaslandığını deyən A. Quliyev qurumu qərarına yenidən baxmağa və ədalətsizliyi aradan qaldırmağa çağırıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti