Səməd Seyidov: "AŞPA-nın islahatlara ehtiyacı var"

Səməd Seyidov: "AŞPA-nın islahatlara ehtiyacı var"
  26 İyun 2018    Oxunub:2091
AŞPA-nın yay sessiyasının ilk iş gününün debatları çərçivəsində çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov assambleyanın prezidenti seçilməsi münasibətilə Lilian Mori Paskyeni təbrik edib və ona uğurlar arzulayıb.
S.Seyidov qeyd edib ki, Avropa Şurasının, xüsusilə də Parlament Assambleyasının islahatlara ehtiyacı var. Baş verənləri anlamaq lazımdır. Bir-birimizi eşitməyə hazır olmalı və başa düşməliyik.

Nümayəndə heyətinin rəhbəri deyib: “Azərbaycandakı prezident seçkiləri haqqında müfəssəl danışmayacağam, amma vurğulamaq istəyirəm ki, bu müzakirələr bəzi məsələlərə aydınlıq gətirməyə imkan verir. Türkiyə və Gürcüstanla birlikdə regionda yeni nəqliyyat dəhlizi açılıb. Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələr Azərbaycanın iştirakı ilə həyata keçirilib. Avropanın enerji ehtiyaclarını təmin edəcək TANAP qaz boru kəməri istifadəyə verilib. Bütün bu layihələr dövlətin dəstəyi ilə həyata keçirilib. Dövlətin dəstəyi olmadan bu layihələrin reallaşması mümkün deyil”.

S.Seyidov vurğulayıb ki, Azərbaycan güclü və müstəqil dövlətdir, demokratiya yolunda irəliləməkdə qətiyyətlidir. (AzərTAc)

AzVision.az


Teqlər: Səməd-Seyidov  





Xəbər lenti