Gənclər üçün “Vikipediya düşərgəsi” təşkil olunur

Gənclər üçün “Vikipediya düşərgəsi” təşkil olunur
  22 İyun 2018    Oxunub:1842
“ProDemos” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “WikiCamp 2018” – gənclərin Vikipediya bacarıqlarının inkişaf etdirilməsi layihəsi çərçivəsində təlimlər təşkil edir.
Düşərgə 12 iyul 2018-ci il tarixindən 15 iyul 2018-ci il tarixinədək Quba rayonunda təşkil olunacaq. Təlimlər zamanı Vikipediya haqqında ümumi məlumat, istifadə qaydaları, Vikipediya platformasında sərbəst fəaliyyət tədris olunacaq.

Təlimdə iştirak edən şəxslərin nəqliyyat, mehmanxana və yemək xərcləri təşkilat tərəfindən ödəniləcək. Təlimlərin yekununda iştirakçılara müvafiq sertifikatlar təqdim ediləcək.

Təlimlərdə iştirak etmək istəyənlər müsahibə yolu ilə müəyyən ediləcəkdir. Təlim proqramı çərçivəsində aparılan seçim zamanı, xarici dil biliyinə (ingilis, rus, fransız, alman, italyan dili və s.), kompüterdə işləmək bacarığına malik olan şəxslərə üstünlük veriləcək.

İştirak etmək istəyənlər [email protected] elektron ünvanına 30.06.2018-ci il tarixinədək aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. Şəxsiyyət vəsiqəsi;
2. CV;
3. Tərcümeyi-hal.




Teqlər:





Xəbər lenti