Parada görə 14 marşrutun istiqaməti dəyişəcək - SİYAHI

Parada görə 14 marşrutun istiqaməti dəyişəcək - SİYAHI
  21 İyun 2018    Oxunub:1623
26 iyun - Silahlı Qüvvələrin yaradılmasının 100-cü ildönümü münasibətilə keçiriləcək hərbi parad və mərasimin təlim-məşqlərinə hazırlıqla əlaqədar olaraq, Neftçilər prospekti – Azneft dairəsi və ətraf küçələrdən keçən marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.
Bakı Nəqliyyat Agentliyindən AzVision.az-a verilən xəbərə görə, 24-26 iyun tarixlərində mərasim tam başa çatanadək 1, 2, 4, 5, 6, 18, 21, 32, 46, 65, 88, 125, 175 və H1 (Hava limanı-28 may metrostansiyası ekspres xətti) marşrut xətləri üzrə avtobusların hərəkəti tətbiq ediləcək məhdudiyyətlərə uyğun təşkil ediləcək.

AzVision.az


Teqlər: BNA  





Xəbər lenti