Masallı və Göygöldə taxıl sahəsi yanıb

Masallı və Göygöldə taxıl sahəsi yanıb
  16 İyun 2018    Oxunub:1254
Masallı rayonunun Digah kəndində 0,5 ha biçilmiş və 0,7 ha biçilməmiş taxıl sahələri yanıb.
AzVision.az FHN-nin saytına istinadən xəbər verir ki, yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Göygöl rayonunun Üçtəpə kəndində 0,5 ha biçilməmiş taxıl sahəsi və 1 ton ot bağlaması yanıb. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   yanğın  





Xəbər lenti