Evdən qızıl oğurlayanlar tutulub

Evdən qızıl oğurlayanlar tutulub
  16 İyun 2018    Oxunub:1296
Qubada evdən 3 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxslər tutulub.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan AzVision.az-a verilən məlumata görə, iyun ayının 13-də Quba rayon Polis Şöbəsinə rayon ərazisindəki evlərin birindən oğurluq edildiyi barədə məlumat daxil olub. RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qabaqcadan əlbir olmaqla, oğurluq etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri Fərid Kərimov və Məmmədşah Rüstəmov saxlanılıb.

Dindirilmə zamanı onlar törətdikləri cinayət əməlini etiraf ediblər, zərərçəkənin evinə gizli yolla girərək oradan ümumi dəyəri 3000 manat dəyərində olan qızıl-zinət əşyaları və 60 manat nağd pulu götürdüklərini, oğurladıqları qızıl-zinət əşyalarını Sumqayıt şəhərində dəyərindən ucuz qiymətə satdıqlarını bildiriblər.

AzVision.az


Teqlər: qızıl   oğurluq  





Xəbər lenti