Bu gündən 5 günlük tətil başlayır

Bu gündən 5 günlük tətil başlayır
  15 İyun 2018    Oxunub:1153
Ramazan bayramı münasinbəti ilə Azərbaycanda bu gündən tətil başlayır.
AzVision.az-ın məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, 2018-ci ildə 15, 16 iyun Ramazan bayramıdır.

Bu il iyunun 15-i həm də Milli Qurtuluş Günü olduğu, 16 iyun isə şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 18 iyun - bazar ertəsi, 19 iyun - çərşənbə axşamı da qeyri-iş günü olacaq.

Beləliklə, Ramazan bayramında 15 iyun, 16 iyun, 17 iyun (bazar), 18 iyun və 19 iyun ardıcıl qeyri-iş günüdür.

AzVision.az


Teqlər: Tətil  





Xəbər lenti