Bakı yollarında qəza şəraiti yaradan sürücülər - VİDEO

Bakı yollarında qəza şəraiti yaradan sürücülər - VİDEO
  13 İyun 2018    Oxunub:3626
Bəzi sürücülərin idarə etdikləri nəqliyyat vasitələrini “BakuBus” MMC-yə məxsus avtobusların yoluna çıxararaq təhlükəli vəziyyətlər yaratması narahatlıq doğurur.
AzVision.az xəbər verir ki, “BakuBus” MMC-yə məxsus avtobusları idarə edən sürücülər digər nəqliyyat vasitələri sürücülərinin yol-hərəkət qaydalarını pozması nəticəsində yaranan təhlükəli vəziyyətlər zamanı qəzalardan yayınmaq məqsədilə əyləcdən istifadə etmək məcburiyyətində qalır. Bu hal isə sərnişinlərdə narahatlıq yaradır və onlar “BakuBus” MMC-yə müraciət edirlər.

Məlumata görə, “BakuBus” MMC-yə sərnişin tərəfindən edilən müraciətin araşdırılması zamanı məlum olub ki, mayın 24-də saat 12:37-də Hüseyn Cavid prospektində 3 nömrəli marşrut xətti üzrə hərəkət edən “BakuBus” MMC-yə məxsus avtobusun qarşısına qəflətən minik avtomobili çıxıb. Baş verə biləcək qəzadan yayınmaq üçün avtobusun sürücüsü əyləcdən istifadə etmək məcburiyyətində qalıb. Bu zaman avtobusda olan bəzi sərnişinlər yıxılıb.

Həmçinin, mayın 29-da saat 09:37-də 5 nömrəli marşrut xətti üzrə hərəkət edən “BakuBus” MMC-yə məxsus avtobusla bağlı Rəşid Behbudov küçəsində oxşar hadisə baş verib. “BakuBus” MMC bütün sürücüləri yol-hərəkət qaydalarına əməl etməyə, idarə etdikləri nəqliyyat vasitələrini avtobusların hərəkət zolağına çıxarmamağa və təhlükəli vəziyyətlər yaratmamağa çağırır.





AzVision.az



Teqlər: Baku-Bus   Yol   Sürücü  





Xəbər lenti