BMT-nin ali nümayəndəsi İlham Əliyevi təbrik etdi

BMT-nin ali nümayəndəsi İlham Əliyevi təbrik etdi
  12 Oktyabr 2013    Oxunub:836
Nasser Abdüləziz Al-Nassir təbrik məktubu göndərib.
BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasser Abdüləziz Al-Nassir Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. AzərTAc-ın məlumatına görə, məktubda deyilir: “Sizi 2013-cü il oktyabrın 9-da yenidən Azərbaycan Respublikasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm. Sizin bir daha bu ali vəzifəyə seçilməyiniz Azərbaycan xalqı tərəfindən ölkənizin sürətli inkişafı və dünya dövlətləri arasında önəmli yer tutması istiqamətində yürütdüyünüz siyasətə verilən dəstəyin bariz nümunəsidir.

Əminəm ki, Sizin beynəlxalq əməkdaşlığın gücləndirilməsinə yönəlmiş geniş dünyagörüşünüz yeni prezidentlik müddətinizdə qlobal səviyyədə mədəniyyətlərarası dialoqun və dini tolerantlığın təbliği və tərənnümü üçün strateji imkanlar yaradacaqdır.

BMT-nin Sivilizasiyaların Alyansına göstərdiyiniz dəstəyə görə Sizə xüsusi minnətdarlığımı bildirirəm. Bu, Sizin mədəniyyətlər arasında dialoqun, həmçinin dünyada sülhün və inkişafın gücləndirilməsi istiqamətində fəaliyyətinizin bariz nümunəsidir.

Zati-aliləri, Sizə bir daha yeni prezidentlik müddətində fəaliyyətə başlamağınız münasibətilə səmimi təbriklərimi çatdırıram".


Teqlər:





Xəbər lenti