İTV-nin yeni rəhbərindən ilk təyinatlar

İTV-nin yeni rəhbərindən ilk təyinatlar
  05 İyun 2018    Oxunub:7933
Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının iclası keçirilib.
AzVision.az xəbər verir ki, iclasda İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş Direktoru Balakişi Qasımovun yeni təyinatlar məsələsi üzrə təkliflərinə baxılıb. Müzakirələrdən sonra Murad Məhəmməd oğlu Hüseynov İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş Direktor müavini, Yusif Bayandur oğlu Həmidov maliyyə direktoru, Faiq Akif oğlu Qürbətov Aparat rəhbəri, Leyla Mütəllim qızı Quliyeva bədii əyləncə və musiqi verilişləri departamentinin rəhbəri vəzifəsinə təsdiqləniblər.

İclasda İctimai Televiziya və Radio Yayımları Şirkətinin bu vəzifələrdə çalışan sabiq əməkdaşlarına göstərdikləri fəaliyyətə görə təşəkkür edilib, onlara gələcək əmək fəaliyyətlərində uğurlar arzulanıb.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş Direktoru Balakişi Qasımovun sözlərinə görə Şirkətin idarəetmə heyətində dəyişikliklər İctimai Televiziya və Radionun işinin effektivləşdirilməsi, müasir standartlara uyğunlaşdırılması məqsədilə edilib. “İctimai Televiziya və Radioda hazırda peşəkar heyət çalışır. Biz daha yaxşı televiziya və radio yayımı təmin etmək məqsədilə peşəkarlığı ilə seçilən insanlarla əməkdaşlıqda maraqlıyıq”, sitatın sonu.

İctimai Televiziya və Radio Yayımları Şirkəti 2005-ci ildən etibarən fəaliyyətə başlayıb. Geniş beynəlxalq əlaqələrə malik olan İctimai Televiziya və Radio Yayımları Şirkəti yüzlərlə uğurlu və miqyaslı layihəyə imza atıb. Şirkət gələcəkdə də uğurlu yerli və beynəlxalq layihələrin sayını artırmağı planlaşdırır.

AzVision.az


Teqlər: İTV  





Xəbər lenti