Azərbaycan və Ermənistanın pilotsuz təyyarələri-AÇIQLAMA

Azərbaycan və Ermənistanın pilotsuz təyyarələri-AÇIQLAMA
  11 Oktyabr 2013    Oxunub:1235
Pilotsuz təyyarə istehsalında daim Rusiyanın dəstəyindən yararlanan Ermənistan, bu dəfə özəl şirkətlərini iş cəlb edir. Artıq erməni şirkətlər arasında rəqabət güclənib.
Ermənistanda azı 2 şirkət pilotsuz təyyarə istehsalını inkişaf etdirməyə hazır olduğunu bəyan edib. Qeyd edək ki, bir müddət əvvəl Yerevanda«DigiTec Expo 2013», pilotsuz təyyarələr sərgisi keçirilib.

Ermənistanın “ArmKopters” şirkəti bundan sonra müxtəlif təyinatlı, müxtəlif çəkidə və ölçüdə vertolyot tipli pilotsuz təyyarələr istehsal edəcəyini bəyan edib. 0.5-1.5 km hündürlüyə qalxa bilən təyyarələrin 30-40 metr məsafə qət edə biləcək.

Qeyd edək ki, Azərbaycan Müdafiə Sənayesi yaradıldıqdan sonra ölkəmiz də pilotsuz təyyarələr istehsal etməyə başlayıb. 2010-cu ildən etibarən bu sahə sürətlə inkişaf etdirilir. Bu işdə rəsmi Bakıya İsrailin müdafiə sənayesi şirkətləri dəstək verir.

“Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin direktoru, hərbi ekspert Cəsur Sümərinli AzVision.az-a verdiyi açıqlamasında qeyd etdi ki, Azərbaycanda artıq 50-dən artıq pilotsuz təyyarə istehsal olunub və Azərbaycan hərbi hava qüvvələrinin istifadəsinə verilib.

Hərbi ekspertin sözlərinə görə hazırda Ermənistan tərəfinin pilotsuz təyyarə istehsalını daha da genişləndirmək istəyi bir növ Azərbaycanla rəqabət xarakteri daşıyır.

“Ermənistan tərəfi hər hərbi hava qüvvələrinin gücü baxımından Azərbaycandan geri qaldığını hər zaman etiraf edib. Məhz buna görə, Ermənistan da pilotsuz təyyarə istehsal etmək fikrinə düşdü və Rusiya ilə əməkdaşlığa başladı. İnanmıram ki Ermənistanın Rusiya ilə istehsal etdiyi pilotsuz təyyarələrin imkanları Azərbaycanınkından üstün olar. Çünki Azərbaycan bütün dünyada məşhur olan İsrail praktikasından istifadə edir. Onu da qeyd etmək lazımdır ki, Rusiya həmsədr ölkə olduğunu gözə almadan Ermənistana yardım edir. Zənnimcə, bu rəsmi Bakını narahat etməyə bilməz”.

Qeyd edək ki, Ermənistanın Danimarkada yerləşən “ İnstiqeyt Robotiks” şirkəti də pilotsuz təyyarə istehsal edəcəyini bildirib. Danimarkada bütün sifarişləri yerinə yetirmək imkanı olmayan şirkət Ermənistanda filial açmağa qərar verib. Həmin filialın Azərbaycanın işğal altında olan Qarabağ ərazisində inşa ediləcəyi istisna edilmir.

S. Həsənova
N. Eyyubova



Teqlər:  





Xəbər lenti