Siyavuş Novruzov yenə banklardan şikayətləndi

Siyavuş Novruzov yenə banklardan şikayətləndi
  31 May 2018    Oxunub:2022
“Azərbaycanda banklarda kredit faizi çox yüksəkdir. Vətəndaşlar bundan səmərəli istifadə edib, yeni iş yerləri yarada bilmirlər”

AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
Komitə sədri bildirib ki, Azərbaycanda orta və kiçik sahibkarlıq kreditlərdən yararlana bilmir: "Faizlər elə yüksəkdir ki, kiçik və orta sahibkarlıq inkişaf edə bilmir və nəticədə oradan büdcəyə kifayət qədər gəlir gəlmir. Faizlərlə bağlı hansısa işlərin görülməsi müzakirə olunmalıdır."

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   Siyavuş-Novruzov  





Xəbər lenti