Azərbaycanda 23 əcnəbi saxlanılıb - FOTOLAR

Azərbaycanda 23 əcnəbi saxlanılıb - FOTOLAR
  31 May 2018    Oxunub:1180
Son günlər Dövlət Miqrasiya Xidməti tərəfindən qa­nun­suz miqrasiyaya qarşı keçirilmiş təd­bir­lər za­ma­nı 14-ü Pakistan, 7-si Türkiyə və 2-si Nigeriya və­­tən­da­şı ol­maq­la, ümu­mi­lik­də 23 əcnəbi sax­­­la­nılıb.
Xidmətdən AzVision.az-a verilən xəbərə görə, saxlanılmış Pakistan vətəndaşlarından 9 nəfərin ölkəmizin əra­zi­sin­də qanunsuz küçə ticarəti ilə məşğul olduğu və 1 nəfərin dilənçilik etdiyi məlum olub. Türkiyə, Nigeriya və qalan 4 nəfər Pakistan vətəndaşlarının isə ölkədə olma və yaşama qay­da­larını poz­duqları müəyyən edilib.



Saxlanılmış əcnəbilərdən Nigeriya və Türkiyə vətəndaşlarının ölkəni tərk etmələri tə­min edilib, digər şəxslərin Azərbaycan Respublikası hüdudlarından kə­na­ra çıxarılması istiqa­mətində müvafiq tədbirlər görülür.



Dövlət Miqrasiya Xidməti qanunsuz miqrasiyaya qarşı mü­ba­­ri­zə çər­çi­və­­sində tədbirləri da­vam etdirir.

AzVision.az


Teqlər:





Xəbər lenti