Fransa senatında AXC-nin 100 illiyi qeyd edilib
Tədbir Fransanda Azərbaycan Respublikasının Fransada Səlahiyyətli Səfiri cənab Rəhman Mustafayevin təqdimatı ilə başladı. O təqdimatında Azərbaycan Demokratik Respublikasının yaranma tarixi, fəaliyyət dövrü və yaradıcıları barədə konfrans iştirakçılarına geniş məlumat verdi.
Sosial elmlər üzrə ali təhsil Məktəbinin professoru Jorj Mamulia Azərbaycan Milli Azadlıq hərəkatından bəhs edərək, Azərbaycanı istiqlaliyyətə aparan bu mübarizə yollarının çox çətin olduğunu bildirdi. O, 1905 ci ildə ermənilərin bolşevik quvvələrin dəstəyi ilə Azərbaycanlılara qarşı törətdikləri soyqırım, davamlı bolşevik təzyiqinə baxmayaraq 1918-ci ildə Şərq dünyasında ilk dəfə olaraq bünovrəsi qoyulan Azərbaycan Demokratik Respublikanın yaranmasından və yeni respublikanın tanınması üçün Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyətinin Avropaya etdiyi səfərdən danışdı.
Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel 100 il əvvəl Azerbaycan Demokratik Respublikanin bünovresinin dünyəvilik prinspləri əsasnıda goyulduğunu qeyd edərək o zamandan qadınlara səsvermə hüququ verən Azərbaycanın regionda və Islam dünyasında tolerant, multikulturalizm ənənələrinə sadiq qalan bir ölkə kimi nümunə olduğunu bildirdi.
Ali təhsil üzrə praktiki Məktəbin tədris direktoru Jil Otier Qafqaz regionunda yaşayan müxtəlif Azərbaycan xalqları barədə çixişla davam edərək, o dövrdə milli azliqların güclü gonşu ölkələrin təsiri olmasına baxmayarag öz mədənuyyətini, dilini, adət-ənənəsini, milli mənsubiyyetini qoruyub saxlamaq üçün daim mübarizə apardiqlarından bəhs etdi. Azərbaycan Resbplikasının yaranması ilə bu regionda yaşayan milli azlıqların öz dillərini və mədəniyyətlərini yaşada bilmələri üçün şərait yarandiğını bildirdi.
Çıxışlardan sonra müzakirələrlə başa çatan tədbirdə Fransanın ictimai-siyasi xadimləri, elm və incəsənət xadimləri yer alıblar.
AzVision.az