Qadın polis çempion oldu - FOTOLAR

Qadın polis çempion oldu - FOTOLAR
  29 May 2018    Oxunub:3668
Mayın 28-də “Zirvə” idman zalında Pauerliftinq üzrə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibəti ilə beynəlxalq turnirə start verilib.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, üç gün davam edəcək yarışda müxtəlif çəki dərəcələrində 250-dən çox yerli və xarici idmançı gücünü sınayır. Bu idman növü kişilərlə yanaşı, qadınlar arasında da populyarlaşmaqdadır. Hər il keçirilən ölkə çempionatlarında belə deyək, “zərif güclü”lərimizin sayının və onların göstərdikləri nəticələrin artması bunu bir daha təsdiq edir.

Artıq yarışın ikinci günü qadınların mübarizəsi yekunlaşıb və qaliblər müəyyənləşib. Sabunçu RPİ-nin kadr və peşə hazırlığı üzrə baş inspektoru, polis leytenantı Ədilə Qurbanova da bu yarışda adını növbəti dəfə çempionlar sırasına yazdırıb. Təmsilçimiz qadınlar arasında ştanqı sinədən qaldırma (benç-press), oturub-durma (squat) və qurşağadək dartma (dedlift) hərəkətlərində ümumilikdə 295 kiloqram ağırlığı qaldıraraq yarışın qızıl medallarını qazanıb.

Polis leytenantı Ədilə Qurbanova idmanın karate və pauerliftinq növləri ilə məşğul olur. Səkkizqat respublika çempionu olan təmsilçimiz 2 dəfə dünya kubokunun sahibidir. Beynəlxalq turnirlərdə dəfələrlə fəxri kürsünün ilk pilləsinə yüksəlib. Paurliftinqdə 3 dəfə respublika birincisidir.





AzVision.az


Teqlər: DİN   Polis   Qələbə  





Xəbər lenti