Dövlət başçısı: “İqtisadiyyatımız 3,2 dəfə artıb”

Dövlət başçısı: “İqtisadiyyatımız 3,2 dəfə artıb”
  28 May 2018    Oxunub:1598
“Son illərdə Azərbaycanın iqtisadi müstəqilliyi təmin olunub, iqtisadiyyatımız 3,2 dəfə artıb, böyük valyuta ehtiyatları yaranıb”
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilən rəsmi qəbulda deyib.

Dövlət başçısı bildirib ki, Davos İqtisadi Forumunun hesabatına görə, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə dünyada 35-ci yerdədir.

"Bundan əlavə, sosial dövlət olan Azərbaycanda son illər bu sahədə görülən işlər, icra olunan infrastruktur layihələri bir daha təsdiqləyir ki, ölkəmizin təbii resursları insan kapitalına çevrilib. Azərbaycanın təşəbbüsü ilə nəhəng neft kəmərlərinin istismara verilməsi sayəsində dənizlər, nəqliyyat infrastrukturunun qurulması ilə qitələr birləşib. Cənub Qaz Dəhlizinin icrası və Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə bağlı addımlar atılıb. Bununla da ölkəmizin uzunmüddətli inkişaf strategiyası təmin olunub”.

AzVision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti