İraqda Suriya hərbiçilərinə növbəti hücum

İraqda Suriya hərbiçilərinə növbəti hücum
  05 Mart 2013    Oxunub:1369
İraqa sığınan Suriya hərbiçiləri və ictimai xadimləri daşıyan kanvoya hücum edilib.
Hücum zamanı azı 50 nəfər qətlə yetirilib. Məlumata görə, ölkələrinə təhvil verilmək verilmək üçün aparılanlardan 42-si Suriya, qalanları isə İraq ordusunun əsgərləridir. Silahlı basqın nəticəsində daha 12 hərbiçi isə yaralanıb.

Onların vəziyyətləri ğır olduğundan ölənlərin sayının artacağı istisna edilmir. Qeyd edək ki, ölkənin şimalındakı Əl-Ənbar şəhəri yaxınlığında baş verən hadisəyə görə məsuliyyəti hələ ki, heç bir təşkilat üzərinə götürməyib.

İraq rəsmiləri isə hücumla bağlı heç bir açıqlama verməyib. Xatırladaq ki, ötən həftə 65 suriyalı əsgər və ictimai xadim müxalifətin əlinə keçməmək üçün Yarabiya sərhəd-keçid məntəqəsindən İraqa daxil olub.


Teqlər:  





Xəbər lenti