DTX-dan əməliyyat: 2 kibercinayətkar həbs edildi
Lunin Pavel Sergeyeviç və Serb Andrii Borisoviç Azərbaycan Cinayət Məcəlləsinin 177 (oğurluq) və 272 (kompyuter məlumatlarını qanunsuz ələ keçirmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda Dövlət Təhlükəsizliyi Xidmətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Dövlət Təhlükəsizliyi Xidməti və Maliyyə Bazarlarına Nəzarət Palatası ölkə ərazisində fəaliyyət göstərən banklar tərəfindən cari fəaliyyətin, elektron bankçılığın qanunsuz və əsassız müdaxilələrdən müdafiə olunan şəkildə qurulmasının diqqətdə saxlanılmasını vacib hesab edir.
AzVision.az