Azay Quliyevdən İlham Əliyevə təbrik

Azay Quliyevdən İlham Əliyevə təbrik
  10 Oktyabr 2013    Oxunub:1046
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev prezident seçkilərinin nəticəsi ilə bağlı açıqlama verib.

Millət vəkili prezident seçkilərinin tamamilə qanunauyğun, namizədlərin bərabərhüquqluğu şəraitində keçirildiyini bildirib: `Vətəndaşlar seçki günü böyük fəallıq göstəriblər. Seçkini ATƏT PA, ATƏT İnsan Hüquqları və Demokratik İnistitutlar Bürosu, Avropa Parlamenti, Asiya Siyasi Partiyalar İttifaqı və digər müşahidə missiyaları, 1400-dək beynəlxalq, 52 mindən artıq yerli müşahidəçi izləyib. Seçkiləri müşahidə edən bütün tərəflər prezident seçkilərinin şaffaf, ədalətli və rəqabətlilik şəraitində keçirildiyini etiraf edib. Mən bu münasibətlə cənab İlham Əliyev başda olmaqla, bütün Azərbaycan xalqını təbrik edirəm”.

AzVision.az


Teqlər:  





Xəbər lenti