Obama xanımı ilə birlikdə serial çəkəcək

Obama xanımı ilə birlikdə serial çəkəcək
  22 May 2018    Oxunub:1828
ABŞ-ın sabiq prezidenti Barak Obama özünə yeni iş yeri tapıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Obama ailəsi məşhur "Netflix" şirkəti ilə anlaşıb.

Barak və xanımı Mişel serial, kino və sənədli filmlərin çəkilməsi ilə məşğul olan şirkətlə müqavilə bağlayıb. Bu barədə "Netflix"nin "Tvitter" səhifəsi məlumat yayıb. Obama məlumatı təsdiqləyərək yeni işin onda həyəcan yaratdığını söyləyib. Eks-prezident ətrafına yaradıcı insanları toplayacağını bildirib.

Qeyd edək ki, Barak Obama Donald Trampdan əvvəl ABŞ-ın prezidenti olub.

AzVision.az


Teqlər: ABŞ   Obama   Serial  





Xəbər lenti