ATƏT PA-nın vitse-prezidenti: "Səməd Seyidovla bağlı qərar əsassızdır"

ATƏT PA-nın vitse-prezidenti: "Səməd Seyidovla bağlı qərar əsassızdır"
  21 May 2018    Oxunub:1305
AŞPA-nın Azərbaycanın bu təşkilatdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovla bağlı qərarı ziddiyyətlərlə doludur, tam əsassızdır. Bu, olduqca ədalətsiz, qərəzli yanaşmadır. AŞPA heç bir halda öz dəyərlərinə hörmətsizlik etməməli, hər hansı sifarişlə bir ölkəni seçərək ona qarşı belə əsassız addım atmamalıdır.
AzVision.az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında ATƏT PA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev deyib.

Azay Quliyev bildirib ki, Azərbaycan AŞPA-nın ən fəal üzvüdür və qurumun fəaliyyət prinsiplərinə, dəyərlərinə daim hörmət edir. Azərbaycanın AŞPA-dan çıxmaq kimi bir niyyəti yoxdur. Ola bilsin ki, buna cəhd edən qüvvələr var və onların məkrli planları Azərbaycan və Avropa arasında münasibətləri korlamağa istiqamətlənib.

AzVision.az


Teqlər: ATƏT   AŞPA  





Xəbər lenti